Ançelotti PSJ-dən istefa verdi
Fransanın PSJ klubunun baş məşqçisi Karlo Ançelotti gələcəyi ilə bağlı qərarını verib.

Təcrübəli mütəxəssis bir illik müqaviləsi olmasına baxmayaraq, rəhbərliyə komandadan ayrılmaq istədiyini deyib.

Klubun idman direktoru Leanardo da baş məşqçinin istefa verməsi xəbərini təsdiqləyib: "Karlo "Real"a getmək istədiyini bizə söylədi. Ancaq biz onun qalmasını istəyirik. Hələlik sadəcə onu dinləmişik, qərarımızı verməmişik. Biraz gözləyəcəyik. Hər hansı bir məşqçi ilə danışıqlara başlamamışıq" - deyə Loanordo bildirib.

Xəbər 816 dəfə oxundu.