Runi “Çelsi”də oynaya bilər
İngiltərənin "Çelsi" klubu "Mançester Yunayted"in futbolçusu Ueyn Runini transfer etmək istəyir.

Bunun üçün klubun sahibi Roman Abramoviç “MY”ə 30 milyon avroluq təklif göndərilməsini istəyib. London klubunun ingilis hücumçuya "MY"də həftəlik qazandığı 250 min sterlinq verməyə hazır olduğu da bildirilir .

Qeyd edək ki, yeni mövsümdən "Çelsi"ni çalışdıracağı gündəmdə olan Mourinyonun Runini komandada görmək istədiyi iddia edilir.

Xəbər 838 dəfə oxundu.