Ünal Aysal transferdən danışdı
“Qalatasaray”ın prezidenti Ünal Aysal mətbuata açıqlama verib. Aysalın açıqlaması transferlə bağlı olub.

Mətbuatda yayılan “Mançester Yunayted”də forma geyən Luis Nani transferini yalanlayan klub prezidenti daha bir neçə futbolçuların transferini istəmədiklərini dilə gətirib. Bunlar isə “Barselona”nın müdafiəçisi Adriano və “Beşiktaş”lı Manuel Fernandesdi.

Qeyd edək ki, son zamanlar Türkiyə mətbuatında adı çəkilən futbolçuların “Qalatasaray”a keçidi haqda xəbərlər yayılmışdı.


Xəbər 870 dəfə oxundu.