Bekhemin yeni ideyaları
Peşəkar futbol karyerasında son matçına çıxan PSJ-nin ulduz yarımmüdafiəçisi Devid Bekhem gələcək planları ilə bağlı açıqlama verib. Bekhem Fransanın paytaxtında yaşamaq niyyətində olduğunu bildirib.
“Karyeramı Parisdə təsadüfən başa vurmuram. Bura dünyanın ən gözəl şəhəridir. Əlbəttə bu mənim üçün biraz kədərlidir. Gələcək nə göstərəcək? Ona hələ baxacam. Yaxın ayları ailəmə hərs etmək istəyirəm. Ümumiyyətlə, Parisdə qalmağı, bu və ya digər şəkildə PSJ-nin bir hissəsi olmağı planlaşdırıram”.

Xəbər 864 dəfə oxundu.