“Atasport” qrup qalibi oldu
Kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” klubu Çelenc I dəstəsində bu gün növbəti oyununa çıxıb. İdman.com.az saytı xəbər verir ki, Çex Respublikası paytaxtı Praqada keçirilən yarışın “B” qrupunda, ilk matçda “Eagles”si (Cəbəllütariq) məyus edən ölkə çempionumuz (3:2), ardından yerli “Pizen Litice” komandasını üstələyib – 7:1 (2:0). Bununla da, Bakı təmsilçisi qrupda 1-ci yeri ələ keçirib. Digər görüşdə “Eagles” Uelsin “Vaytçarc” klubu ilə heç-heçə edib – 2:2 (2:1).

Çelenc I, «B» qrupu

O Q H M T X

1. “Atasport” 2 2 0 0 10:3 10
2. “Vaytçarc” 2 1 0 1 4:3 6
3. “Eagles” 2 1 0 1 4:5 5
4. “Pizen Litice” 2 0 0 2 2:19 1

Turnirin yekununda iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq olaraq “çarpaz” üsulla digər qrupun komandası ilə qarşılaşacaqlar.

Xəbər 1160 dəfə oxundu.