«Bekhem»: «Karyeramı başa vururam»
PSJ-nin 38 yaşlı ingilis ulduzu Devid Bekhem peşəkar karyerasını başa vurduğunu bəyan edib: «Mən PSJ-yə karyeramı davam etdirməyə və oynamağa imkan verdiyi üçün minnətdaram. Lakin hiss edirəm ki, artıq butsları divara asmağın vaxtı yetib».

İdman.com.az saytı xəbər verir ki, 6-qat İngiltərə çempionu karyerasında «Mançester Yunayted», «Preston Nort End», «Real», «Los Ancelest Qelaksi», «Milan» və PSJ kimi komandaların formasını geyinib. Bekhem futbolda pul qazanmaq üzrə dünya rekordçusudur.

İngilis futbolçunun büdcəsi 175 milyon civarında hesablanır. Bekhemin karyerasını başa vurması barədə ilk xəbəri İngiltərə Futbol Assosiasiyasının «Tvitteri» verib.

Xəbər 902 dəfə oxundu.