Serb ulduzlar təklif gözləyir
«Beşikdaş»ın gündəmində olan «Srvena Zvezda»nın serb ulduzları Nikola Maksimoviç və Luka Milivoyeviç transfer dedi-qoduları haqqında açıqlamalar veriblər. İdman.com.az saytı xəbər verir ki, 22 yaşlı müdafiəçi Maksimovic adının «Beşikdaş»la xatırlanmasından çox məmnun olduğunu söyləyib:

«Hazırda diqqətimizi yalnız həftə sonu oynayacağımız «Partizan»la derbiyə yönəltmişik. Çempionluq yolunda çox əhəmiyyətli bir matça çıxacağıq. «Beşikdaş», ya da digər klubların ola biləcək təkliflərini isə liqa bitəndən sonra dəyərləndirəcəyik. «Srvena Zvezda» mənim ürəyimdədi, ancaq «Beşikdaş» və bənzər klubların mənimlə maraqlandığını eşitmək belə xoşuma gəlir».

«Srvena Zvezda»nın digər oyunçusu Luka Milivoyeviç isə transfer üçün danışmağın erkən olduğunu deyib: «Beşikdaş», uğurlu bir tarixə, yaxşı bir futbol ənənəsinə və çox yaxşı azarkeş kütləsinə sahib komandadı. Bu an danışmaq üçün erkəndi, çünki hələ «Srvena Zvezda»da forma geyinirəm. «Beşiktaş» kimi uğurlu bir klubun marağında olmağımdan məmnunam».

«Srvena Zvezda»nın mətbuat xidmətinin rəhbəri Marko Nikolovski bu oyunçularla əlaqədar hələ kluba rəsmi bir təklifinin gəlmədiyini söyləyib. Serbiya mediasında çıxan xəbərlərdə isə «Beşikdaş»ın baş məşqçisi Samet Aybabanın şənbə günü Belqrada gələrək «Partizan»la «Srvena Zvezda»nın oyununda iki gənc futbolçunu izləyəcəyi iddia edilir.

Xəbər 1010 dəfə oxundu.