Ronaldinyo:"Messi dünyanın ən yaxşı oyunçusudur"
"Barselona" erasının bitdiyi fikri ilə razı deyiləm. Komanda son illərdə ardıcıl olaraq Çempionlar Liqasında ən azı 1/2 finala kimi irəliləməyi bacarırdı. Messi də əvvəlki kimi dünyanın ən yaxşı oyunçusudur". - bu sözləri Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo deyib.

Braziliyalı futbolçu "La Gazetta Della Sport"a verdiyi müsahibədə "Barselona" epoxasının əsasını Frank Raykardın qoyduğunu bildirib: "Qvardiola əla məşqçidir. İnanıram ki, onunla birlikdə "Bavariya" daha güclü olacaq. Amma mən karyeram ərzində ən gözəl illərimi Raykardın rəhbərliyi altında keçirmişəm. Onun rəhbərliyi altında komanda daha texnikalı futbol sərgiləyirdi. "Barselona" epoxasının əsasının da məhz Raykard qoyub".

Xəbər 942 dəfə oxundu.