Didye Droqba yeni vəzifədə çalışacaq
Didye Droqba “Qalatasaray”da yeni vəzifədə çalışa bilər.

İdman.com.az saytı xəbər verir ki, klubun prezidenti Ünal Aysal Droqbaya karyerasını başa vurduqdan sonra idman direktoru olmağı təklif edib. Futbolçu bu təklif üçün hələ tez olduğunu, amma təklifi irəli sürdükləri üçün sevindiyini bildirib.

Bildirək ki, 35 yaşlı forvard "aslanlar”ın heyətində 12 matçda forma geyinib və 5 qola imza atıb. Onun "Cim-Bom"la daha bir il müqaviləsi var.

Xəbər 904 dəfə oxundu.