Orxan Əliyev məşqlərə başlayıb
«Sumqayıt»ın və 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Orxan Əliyev məşqlərə başlayıb. Gənc futbolçu hələlik yüngül məşqlərlə kifayətlənəcək.

Orxanın yaşıl meydanlara qayıdışı isə hələ bir müddət çəkəcək. Onun tam olaraq sentyabrda hazır olacağı deyilir.

Qeyd edək ki, ağır zədə alan Əliyev Almaniyada əməliyyat olunmuşdu.

Xəbər 1132 dəfə oxundu.