Blatter fikrini dəyişib
"2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının yaydan qışa keçirilməsi ilə bağlı fikirlər məntiqlidi."- bu sözlər FİFA prezidenti Yozef Blatter tərəfindən deyilib.

İdman.com.az saytı xəbər verir ki, bir müddət əvvəl bu fikri düzgün hesab etməyən Blatter indi fikrini dəyişib: “Məndə böyük bir şübhə var ki, Qətərə səfər edəcək azarkeşlər həmin istidə haranısa gəzmək istəsinlər. Bu, nəinki çempionata gələn azarkeşlərin sayını azalda, həm də turnirin kommersiya gəlirlərinə təsir edə bilər. Ona görə də çempionatı yaydan qışa keçirmək olar. Hər halda, bu, məntiqli görünür”.

Xəbər 980 dəfə oxundu.