İngiltərə Futbol Assosiasiyası yeni sanksiyalar tətbiq edəcək | |
İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdən etibarən irqçiliklə bağlı olaraq yeni sanksiyalar tətbiq etməyi düşünür. Federasiyanın rəhbəri Devid Bernşteyn futbolçunu təhqir edən hər hansı bir oyunçu 5 matçlıq cəzalanacağını bildirib. O, həmin futbolçu yenidən belə bir hərəkət etdiyi təqdirdə 10 oyunluq cəzalanacağını və pul cəriməsinin veriləcəyini ifadə edib. İngiltərə Futbol Assosiasiyası irqçiliklə mübarizə üzrə proqrama isə 4 milyon avro sərmayə qoyacaq. Bildirək ki, 2011-ci ildə “Liverpul”un uruqvaylı hücumçusu Luis Suares “Mançester Yunayted”in müdafiəçisi Patris Evranı oyun zamanı təhqir etdiyi üçün 8 oyunluq İngiltərə Futbol Assosiasiyası tərəfindən cəzalanıb və 40 min sterlinq dəyərində pul cəzası tətbiq edilib. |
|
Xəbər 857 dəfə oxundu. |
|
|