“Lokomotiv” növbəti transferini rəsmiləşdirib
“Lokomotiv” növbəti transferini rəsmiləşdirib. “Dəmiryolçular” Serbiya millisinin liberosu Suzana Sebiçlə danışıqları müsbət yekunlaşdırıblar.
Ötən il “Rabitə”nin heyətində cəmi 3 ay çıxış edən və istənilən oyunu nümayiş etdirə bilmədiyindən vətəninə göndərilən 29 yaşlı Avropa çempionu ilə 1 illik müqavilə bağlanıb. 2006-cı və 2011-ci illərdə müvafiq olaraq, dünya və Avropa çempionatının ən yaxşı liberosu 3 ildir əsas heyətdə oynayan Mariya Filipovaya (Bolqarıstan) əvəzləyici olacaq. Yeri gəlmişkən, Sebiç “Rabitə” ilə klublararası dünya çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, argentinalı Kladio Kuellonu baş məşqçi postuna gətirən “dəmiryolçular” daha öncə Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.

Xəbər 700 dəfə oxundu.