“Qarabağ” komandası müqaviləsini yeniləyib
Ağdamın “Qarabağ” komandası daha 2 futbolçusu ilə müqaviləni yenilənib.

Daha əvvəl Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla müqavilə imzalayan “Qarabağ” bu dəfə 2 legionerlə danışıqları uğurla tamamlanıb.

“Qarabağ”ın albaniyalı legionerləri – Admir Teli və Ansi Aqolli növbəti mövsüm də komandanın uğurları üçün tər tökəcəklər.
Qeyd edək ki, A.Teli 2009-cu ilin yanvarından “Qarabağ”ın heyətində çıxış edir. Müdafiəçi mövqeyində çıxış edən A.Teli stabilliyi ilə də seçilir. Ötən mövsüm bütün oyunları əvəzedilmədən keçirən, cari mövsüm bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord yeniləyən futbolçu ilə 1 illik müqavilə imzalanıb.

A.Aqolli də 1 illik sazişə imza atıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu “Qarabağ”a 2010-cu ilin yayında qoşulub.

Xəbər 810 dəfə oxundu.