“Bakı” komandası növbəti oyununu keçirib
İtaliyada çimərlik futbolu üzrə Avropa Klublar Kuboku yarışı davam edir.

Yarışda ölkəmizi “Bakı” komandası təmsil edir. Komandamızın növbəti rəqibi Polşanın “Qrembax” kollektivi olub. Qarşılaşma təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçda komandamızın heyətində yeganə qolu Ramil Əliyev vurub.
Komandamız ilk oyununda yerli “Terraçin” klubu ilə qarşılaşmış və rəqibinə 1:3 hesabı ilə uduzub. “Bakı” son oyununu Litvanın “Kreyssu” komandasına qarşı keçirəcək.

Xəbər 708 dəfə oxundu.