AFFA rəsmiləri «Turan» rəhbərliyi ilə görüşdü
AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, baş katib Elxan Məmmədov və Regonal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov Qərb bölgəsinə səfər edib. Əvvəlcə Tovuz şəhər stadionunda Tovuz, Qazax və Ağstafa rayonlarının futbol ictimaiyyəti, «Turan» klubunun rəhbərliyi və azarkeşlərlə görüş keçirilib.

Sonra Gəncə şəhərinə gələn assosiasiya rəsmiləri şəhərin futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçularla görüşüb. Görüşlərdə bölgədə futbolun inkişafı, infrastrukturun müasir səviyyəyə çatdırılması, uşaq futboluna daha böyk diqqətlə yanaşılması məsələləri müzakirə olunub.

Xəbər 823 dəfə oxundu.