“Çelsi” ilin oyunçusunu seçdi
“Çelsi”nin futbolçuları və məşqçi heyəti mövsümün ən nyaxşı oyunçusunu seçib. Komanda Xuan Matanı birinci etmək qərarına gəlib.

25 yaşlı futbolçu bunun üçün komanda yoldaşlarına təşəkkürünü bildirib: “Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Bu cür bir komandada forma geydiyim üçün xoşbəxtəm. Komandanın bütün futbolçuları bu ada layiqdi”.

Qeyd edək ki, Mata 2012/13 mövsümü ərzində 28 ötürmə edib və rəqib qapısına 19 dəfə yol tapıb.

Xəbər 807 dəfə oxundu.