Mata ilk yerə layiq görülüb
London klubunda azarkeşlər tərəfindən cari mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb.

İdman.com.az saytının məlumatına görə, səsverməyə əsasən ilk yeri “Çelsi”nin yarımmüdafiəçisi Xuan Mata tutub.

Qeyd edək ki, ispaniyalı xavbek bu mövsüm İngiltərə çempionatında keçirdiyi 34 oyunda 10 qola imza atıb və o cümlədən idmançının 17 məhsuldar ötürməsi olub.


Aynurə

Xəbər 808 dəfə oxundu.