Patrik Vieyra baş məşqçisi təyin olunub
Patrik Vieyra "Mançester Siti"nin 21 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Fransa millisinin sabiq futbolçusu buna qədər klubun inkişaf üzrə direktoru vəzifəsini daşıyırdı. 2012-ci ildə Vieyra UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasını alıb.

Xəbər 1016 dəfə oxundu.