Kassano məşq zamanı əlini sındırıb
“İnter” futbol klubunun və İtaliya milli komandasının hücumçusu Antonio Kassano məşq zamanı əlini sındırıb.

İdman.com.az saytı xəbər verir ki, məşq zamanı 30 yaşlı futbolçu yıxılaraq əlini qırıb. Onun nə zaman meydana qayıdacağı isə hələlik məlum deyil.
Bu mövsüm ərzində hücumçu İtaliya çempionatında 28 matç keçirib və 8 qola imza atıb. Bundan başqa, Kassano 9 qol ötürməsi edib.

Xəbər 858 dəfə oxundu.