“İnter” klubu daha bir futbolçu ilə əməkdaşlığa son qoyacaq
“İnter” klubu Vladimir Levinin ardından daha bir futbolçu ilə əməkdaşlığa son qoymağa planlaşdırır.

İdman.com.az saytının məlumatına görə, söhbət polşalı hücumçu Tales Şütsdən gedir. Zədə səbəbilə mövsümün böyük hissəsini boşa verən futbolçu hazırda Azərbaycandadır. “İnter” onunla böyük ehtimalla əməkdaşlığa son qoyacaq. Artıq Şütsə bu haqda məlumat verilib. Mövsüm başa çatan kimi futbolçu yola salınacaq.

Xəbər 805 dəfə oxundu.