Qazaxıstanlı velosipedçi: «Azərbaycan mənə uğur gətirir»
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» beynəlxalq veloturunda ən yaxşı gənc velosipedçi adını qazanmış «Astana» komandasının üzvü Bəxtiyar Qocatayev, ölkəmizin ona düşərli olduğunu bildirdi.

«İdman» qəzeti və idman.com.az saytına açıqlamasında qazaxıstanlı sprinter dedi ki, bizdə keçirilmiş yarış səviyyəsi yüksək olub:

«Azərbaycanda təşkil olunan veloturda iştirak etməkdən məmunam. Bu ölkə mənə uğur gətirir. Ötən il ən yaxşılardan idim. Bu dəfə də pis çıxış etmədim. Mən gəncəm. Hazırda 19 yaşım var. Mənim üçün hər şey hələ qabaqdadır.

Düzü, «Tour d`Azerbaidjan»da mübarizə apramaq elə də asan deyildi. Rəqabət çox gərdin idi. Güclü idmançılar çıxış edirdilər. Əvvəllər ondarı televizorda görmüşdüm. İndi həmin velosipedçilirə bərabər mübarizə yarışırdım».

Xəbər 888 dəfə oxundu.