«Qarabağ» daha 2 futbolçusu ilə müqavilə yeniləyib
«Qarabağ» daha 2 futbolçusu ilə müqavilə yeniləyib. Daha öncə Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla müqavilə imzalayan Ağdam klubu bu dəfə 2 legionerlə danışıqları uğurla tamamlayıb.

«Qarabağ»ın albaniyalı legionerləri – Admir Teli və Ansi Aqolli növbəti mövsüm də də komandanın uğurları üçün tər tökəcək.

Qeyd edək ki, Admir Teli 2009-cu ilin yanvarından «Qarabağ»da top qovur. Sonuncu müdafəçi mövqeyində çıxış edən Teli stabilliyi ilə də seçilir. Ötən mövsüm bütün oyunları əvəzedilmədən keçirən, cari mövsüm bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord qıran Admirlə 1+1llik müqavilə imzalanıb.

Aqolli də 1 illik sazişə imza atıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu «Qarabağ»a 2010-cu ilin yayında qoşulmuşdu.

Xəbər 841 dəfə oxundu.