Norveçdə şahmat üzrə beynəlxalq turnir
Norveçin Stavanger şəhərində şahmat üzrə beynəlxalq super turnir davam edir.

Yarışda iştirak edən qrossmeysterimiz Teymur Rəcəbov 7-ci görüşünü keçirib.

Ötən gün yerli şahmatçı Maqnus Karlsenə uduzan təmsilçimiz bu dəfə hindistanlı qrossmeyster Vişvanatan Anandla qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan zəka sahibimiz yenə rəqibinə məğlub olub.
Qeyd edək ki, aktivində 2.5 xal olan Rəcəbov yarışın səkkizinci günündə amerikalı şahmatçı Hikaru Nakamura ilə üz-üzə gələcək.

Xəbər 733 dəfə oxundu.