Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olunub, Azərbaycan cüdoçularının bu turnirdə yaxşı nəticələr əldə etdikləri vurğulanıb.
Görüşdə, həmçinin ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinin önəmi qeyd edilərək bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

AzərTAc

Xəbər 2179 dəfə oxundu.