Hamed Dağestani karyerasını ölkəmizdə davam etdirəcək
İranın “Peykan” futbol komandasının müdafiəçisi Hamed Dağestani karyerasını Azərbaycanda davam etdirməyi düşünür.

İdman.com.az saytı xəbər verir ki, əslən azərbaycanlı olan futbolçu bir neçə ay əvvəl Azərbaycana gələrək “Xəzər-Lənkəran” klubunda olmuş və burada transfer pəncərəsi bağlı olduğundan geri qayıtdığını vurğulayıb. Futbolçu Azərbaycanda oynamağa üstünlük verdiyini də dilə gətirib.

H.Dağestani deyib: “Azərbaycanı çox sevirəm və ona görə də orada futbol oynamaq niyyətim vardır. Mənim Azərbaycanda menecerim var və klublarla danışıqları o aparır. Hələlik, hansı klubla danışıqlar getməsi barədə bir söz deyə bilmərəm, amma orada oynamaq niyyətim var və bunun üçün də menecerim vasitəsilə danışıqlar gedir”.

Xəbər 872 dəfə oxundu.