“Neftçi”dən növbəti uğur
“Futbol üzrə çempionatlar sona yaxınlaşır və bir sıra ölkələrdə çempion komandalar müəyyənləşib”.-bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts səsləndirib.

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Qəbələ” ilə səfər oyununda vacib 1 xalı qazanan “Neftçi” növbəti dəfə futbol üzrə Azərbaycan çempionu adını qazanıb. Sona bir tur qalmış çempionluğunu rəsmiləşdirən “Neftçi” ardıcıl üçüncü dəfə bu nailiyyətə imza atmaqla son illərdə sabit çıxış etdiyini, qazanılan nəticələrin təsadüfi olmadığını bir daha sübuta yetirib.

Sonda B.Foqts klubun rəhbərliyini, məşqçi heyətini, futbolçularını və azarkeşlərini “Neftçi” komandasına UEFA Çempionlar Liqasında uğurlar arzulayıb.

Xəbər 912 dəfə oxundu.