MOİK – “Bakılı” oyununun tarixi dəyişdirilib
Futbol üzrə Azərbaycan birinci divizionunun 26-cı turunun MOİK – “Bakılı” oyununun keçirilmə tarixi dəyişdirilib.

İdman.com.az saytının məlumatına görə, qarşılaşmanın keçirilmə vaxtı 18 may tarixindən 19 may tarixinə dəyişdirilib.

Buna səbəb Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyətinin Bakıda keçiriləcək hərbçilərin I Dünya kuboku öncəsi MOİK klubunun rəhbərliyi və futbolçuları ilə görüş keçirməsidi.

Xəbər 747 dəfə oxundu.