İranlı futbolçu Premyer Liqaya gələ bilər
İranın “Peykan” klubunda çıxış edən müdafiəçi Hamed Dağestani karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə futbolçunun özü bildirib.

Əslən azərbaycanlı olan futbolçu bir neçə ay əvvəl Azərbaycana gələrək “Xəzər-Lənkəran” klubuna baş çəkdiyini və burada transfer pəncərəsi bağlı olduğundan geri qayıtdığını vurğulayıb. O Azərbaycanda oynamağa üstünlük verdiyini də dilə gətirib:

“Azərbaycanı çox istəyirəm və ona görə də orada futbol oynamaq niyyətim var. Mənim Azərbaycanda menecerim var və klublarla danışıqları o aparır. Hələlik hansı klubla danışıqlar getməsi barədə bir söz deyə bilmərəm, amma orada oynamaq niyyətim var və bunun üçün də menecerim vasitəsilə danışıqlar gedir”.

Xəbər 949 dəfə oxundu.