Salyanda idman oyunu keçirilib
Mayın 14-də Heydər Əliyev küçəsində Salyan rayon təhsil şöbəsinin və Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “şən cocuqlar” adlı əyləncəli idman oyunu keçirilib.

Tədbirdə 200 nəfərə yaxın məktəbli iştirak edib.

Sonda 7 saylı birinciyə, 8 saylı ikinciyə Şəkərli kənd orta məktəbi üçüncü yerə layiq görülüblər.

Qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1524 dəfə oxundu.