Sabri Sarıoğlu və Volkan Dəmirəl barəsində sərt cəza
“Fənərbaxça” – “Qalatasaray” (2:1) derbisində mübahisə edən Sabri Sarıoğlu və Volkan Dəmirəl barəsində sərt cəza verilib. Fanat.az xəbər verir ki, Yıldırımı Dəmirörən və Abdullah Avcı hər iki futbolçu üçün “milliyə son” qərarı verdi.

Dəmirörən Avcı ilə görüşməsində bunları bildirib: “Təəssüf edirəm, milli komandanın formasını geyən futbolçular hərəkətləri ilə hər kəsə nümunə olmalıdı. Hər iki futbolçunun milliyə çağırılmamasını düşünürəm”.

Xəbər 767 dəfə oxundu.