Mario Balotellinin evi qarət olunub
“Milan”ın hücumçusu Mario Balotellinin evi qarət olunub. Hadisə “Milan” – “Roma” oyunu zamanı baş verib.

Bu barədə İtaliyanın “Gazzetta dello Sport” qəzetinin jurnalisti Tankredi Palmer “Twitter”dən məlumat yayıb. Oğurluq zamanı evə quraşdırılan təhlükəsizlik kameraları zərərsizləşdirilib.

Xəbər 866 dəfə oxundu.