«Neftçi»dən yeni rekord
«Neftçi» Azərbaycan futbol tarixində yeni rekord müəyyənləşdirib. Dünən Premyer Liqa çempionluğunu rəsmiləşdirən «ağ-qaralar» ardıcıl üç dəfə çempion olan ilk komanda kimi tarixə düşüb.

Qeyd edək ki, bundan əvvəl bir komanda ən yaxşı halda iki dəfə çempion olmuşdu. «Neftçi» özü 1995/96-1996/97 və 2003/04 və 2004/05, «Kəpəz» 1997/98-1998/99, «Şəkmir» isə 1999/2000-2000/01mövsümlərində «qızılı» heç kimə güzəşt etməmişdi.

Xəbər 1188 dəfə oxundu.