Ən bahalı final
Ən bahalı final Amsterdamda baş tutacaq “Benfika” – “Çelsi” matçı ən bahalı UEFA Kuboku finalı kimi tarixə düşəcək. Hər iki komandanın təxmini transfer qiyməti 578.5 mln avrodu.

Bu günə qədər finalı qazanan ən bahalı komanda 2011/12 mövsümündə 252.7 mln avro ilə Madrid “Atletiko”su olub. “Çelsi”də forma geyən Eden Hazardın (43 mln avro) qiyməti 2004/05 mövsümündə UEFA çempionu Moskva ÇSKA-dan (35.8 mln avro) daha artıqdı.

Xəbər 787 dəfə oxundu.