İsko "Mançester Siti"yə keçə bilər
“Malaqa”nın yarımmüdafiəçisi İsko növbəti mövsüm karyerasını İngiltərə premyer-liqasinda davam etdirə bilər. “Mançester Siti” gənc futbolçu ilə yaxından maraqlanır. “Şəhərlilər”in rəhbərliyi artıq oyunçunun agent Rafael Komino ilə danışıqlara başlayıb. Böyük ehtimalla, İsko yayda ingilis klubuna keçəcək. “Mançester Siti” onun “Malaqa” ilə müqaviləsində yazılan məbləğin hamısını tamamilə ödəməyə hazırdır. Kompensasiyanın dəyəri isə 35 milyon avro təşkil edir.

Qeyd edək ki, Andalusiya klubunun baş məşqçisi Manuel Pelleqrinin də İngiltərə komandasına keçəcəyi təqdirdə İskonun transferi daha da real görünəcək.

Xəbər 614 dəfə oxundu.