Millimizin rəqibinin heyəti açıqlandı
Futbol üzrə Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə matça hazırlıq məşqlərinə çağırılacaq oyunçuların geniş siyahısını müəyyənləşdirib.

Sözügedən görüş iyunun 7-də Lissabondakı “Eştadiu da Luş” stadionunda keçiriləcək.

Rusiya Futbol İttifaqının mətbuat xidmətindən bildiriblər ki, hazırda siyahıda 32 futbolçunun adı var.

Qapıçılar: İqor Akinfeyev (CSKA), Vladimir Qabulov (Anji), Sergey Rıjikov (Rubin), Anton Şunin (Dinamo, Moskva);

Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Maksim Belyayev (Rostov), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kiril Nababkin, Georgi Şennikov (hamısı CSKA), Taras Burlak (Lokomotiv), Vladimir Qranat (Dinamo, Moskva), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi Spartak, Moskva), Arseni Loqaşov (Anji);

Yarımmüdafiəçilər: İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı Zenit), Denis Qluşakov, Maksim Qriqoryev, Dmitri Tarasov (hamısı Lokomotiv), Aleksandr Ryazantsev (Rubin);

Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi Zenit), Alan Dzaqoyev (CSKA), Artyom Dzyuba (Spartak, Moskva), Yuri Jirkov, Fyodor Smolov, Oleq Şatov (hamısı Anji), Aleksandr Kokorin (Dinamo, Moskva), Aleksandr Səmədov (Lokomotiv).

Xəbər 794 dəfə oxundu.