Ağır atletlər arasında Avropa çempionatı
Mayın 18-dən 25-dək Türkiyənin Quşadası şəhərində usta ağır atletlər arasında Avropa çempionatı keçiriləcək. Yarışda milli komandamız da mübarizə aparacaq.

Komandamız səfərə Veteran Ağır Atletlər İctimai birliyinin sədri Natiq Ağayev və baş məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında 10 idmançı ilə yollanacaq. Millimizin heyətində Xatirə Şahverdi (45-49 yaş qrupunda, 63 kq), Səbinə Rzayeva (35-39, 69 kq), Vladimir Jilyayev (65-69 yaş qrupunda, 85 kq), Akif Alıyev (50-54 yaş qrupunda, 56 kq), İltifat Məmmədov (45-49 yaş qrupunda, 94 kq), Namiq Ağayev (45-49 yaş qrupunda, 77 kq), Teymur Əliquliyev (45-49 yaş qrupunda, 85 kq), Natiq Ağayev (45-49 yaş qrupunda, 105 kq), Aftandil Hümbətli (35-39 yaş qrupunda, 69 kq) və Emil Əliyev (35-39 yaş qrupunda, 105 kq) körpücük üzərinə çıxacaqlar.

Qeyd edək ki, yarışda 27 ölkədən 300-dən çox atlet birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 1098 dəfə oxundu.