Mourinyunu qarət edən şəxs həbs olunub
Joze Mourinyunu qarət edən şəxs həbs olunub.

İdman.com.az saytı xəbər verir ki, 32 yaşlı Cemmi Filan Joze Mourinyu və onun ailəsini təxminən 100 000 funt dəyərində qarət etməkdə təqsirkar bilinir. Məhkəmə onu 31 aylıq azadlıqdan məhrum edib.

“Arsenal” klubunun azarkeşi olan oğru Mourinyunun və onun ailəsinin Londonda oteldə qaldığını bilərək mühafizəçilərin gözündən yayınıb, ailəyə məxsus olan qiymətli zinət əşyaları və geyimləri oğurlayıb.

Xəbər 682 dəfə oxundu.