Astarada yekun konsert təşkil olunub
Mayın 10-da Rayon mədəniyyət evində Rayon İcra Hakimiyyəti, Rayon Mədəniyyət Turizm Şöbəsi , Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi “ İstedad -2013 ” ümumrayon festival qaliblərinin ümummilli lider H.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yekun konsert təşkil olunub.

Aprel-may aylarında keçirilən festivalın ilkin və final mərhələsində 1500-dən artıq uşaq, yeniyetmə və gənc bədii qiraət, rəqs, folklor, xanəndəlik, rəssamlıq, ansambl, instrumental ifa, xor, texniki modelçilik, əl sənətkarlığı, nominasiyaları üzrə 75 nəfər qaliblər müəyyən edilib.

Tədbirin aparıcıları Astara Pedaqoji Kollecinin tələbləri İbrahimli Abbas və Əfruzzadə Elza tərəfindən çıxış edənlər səhnəyə dəvət olunub, bacarıqlarını nümayiş etdiriblər.

Qaliblər fəxri fərman və hədiyyələrinə layiq görülüb və respublika festivallarında və müsabiqələrində iştirak etmək hüququ qazanıblar.

Xəbər 1157 dəfə oxundu.