Xətai qızları birinci oldular
Aprelin 27-dən mayın 1-dək İsmayıllı Olimpiya İdman Kompleksində voleybol üzrə 1997-98-ci il təvəllüdlü qızlar arasında Respublika birinciliyinin final mərhələsi keçirilib. Finalda Sumqayıt şəhərinin, Qax, Zaqatala, Xətai, Sabunçu rayonlarının və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbinin komandaları iştirak ediblər.
Yekunda Xətai voleybolçuları birinci olublar. Sumqayıt idmançıları 2-ci, Qax qızları isə 3-cü olublar.
Qeyd edək ki, respublika birinciliyinin zona yarışları martın 15-dən 20-dək Sabirabad və Balakən Olimpiya İdman Komplekslərində keçirilmişdi.

Xəbər 1981 dəfə oxundu.