Xocavənddə şahmat üzrə rayon birinciliyi keçirilib
Xocavənd rayon Gənclər və İdman idarəsi rayon təhsil şöbəsi ilə birgə Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 1 fevral 6 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq mayın 9-da Xocavənd rayon Mədəniyyət evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək, şahmatın inkişafına və kütləviliyinə nail olmaq, şahmatçıların ustalıqlarını artırmaq və təkmilləşdirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 43 idmançı iştirak edib.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1054 dəfə oxundu.