Devid Bekhem tarixə düşüb
Qış fasiləsində «Los Aqceles Qalaksi»dən ayrılaraq PSJ-yə keçən Devid Bekhem tarixə düşüb. Ulduz futbolçu 4 fərqli ölkədə çempion olan ilk ingilis oyunçu kimi tarixə düşüb.

Bekhem bundan əvvəl İngiltərədə «Mançester Yunayted»lə 6, İspaniyada «Real»la 1, ABŞ-da «Los Anceles Qalaksi» ilə 2 dəfə çempion olmuşdu. Devid PSJ ilə dördüncü ölkədə 10-cu liqa çempionluğunu yaşayıb.
Ötən ilin dekabr ayında «Los Anceles Qalaksi» ilə ABŞ çempionu olan ingilis ulduz cəmi 6 ay sonra PSJ ilə eyni sevinci yaşayıb.

Qeyd edək ki, goal.com saytı Bekhemi dünyanın ən varlı futbolçusu elan edib. Onun sərfətinin dəyəri 200 milyon avrodu.

Devid Bekhemin çempionluqları

Mançester Yunayted – 1996, 1997, 1999, 2000, 2001, 2003.
Real Madrid – 2007.
Los Anceles Qalaksi – 2011, 2012.
PSJ – 2013.

Xəbər 931 dəfə oxundu.