Bayıl stadionunda yubiley
Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində mayın 13-də keçirilmiş "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu Bayıl stadionu üçün əlamətdar olub.

Qeyd olunan qarşılaşma ilə Bayıl stadionunda keçirilmiş oyunların sayı 100-ə çatıb.

Xatırladaq ki, Bayıl stadionu AFFA tərəfindən inşa edilib. Burada FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub.

Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Rəvan" və "Sumqayıt" klubları ev oyunları zamanı bu stadiondan yararlanır. "Rəvan" klubunun əvəzedici heyəti, həmçinin müxtəlif yaş qruplarından ibarət komandalarının ev oyunları Bayıl stadionunda keçirilir.

Xəbər 845 dəfə oxundu.