Millimizin üzvü Qazaxıstanda ən yaxşı oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 9-dan 13-dək Qazaxıstanın Astana şəhərində təşkil olunmuş «Prezident kuboku» turnirində iştirak edib və IV yeri tutub.

Qazaxıstan və İran komandaları arasında keçirilmiş final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Yığmamızın üzvü Roman Hüseynov «Ən yaxşı yarımmüdafiəçi» nominasiyasında mükafata layiq göürülüb.

Xəbər 754 dəfə oxundu.