Cennaro Qattuzo istefaya göndərilib
“Syon” klubunun oynayan baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.

Bu hadisə “Sant Qallen”ə 0:5 hesablı biabırçı məğlubiyyətdən sonra baş verib. Bununla belə, 35 yaşlı yarımmüdafiəçini İsveçrə klubunda futbolçu kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Qattuzo əvvəllər bu mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirsə də, hələlik bu haqda heç bir məlumat verilmir.

Xəbər 616 dəfə oxundu.