“Baku United” dördlər finalında
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının təsisçisi olduğu “Baku United” futzal klubu İngiltərənin Milli Futzal Liqasının “Dördlər Finalı”na vəsiqə qazanıb. “Bakılılar” mayın 12-də çempionatın play-off mərhələsi çərçivəsində D qrupunda son oyununu keçiriblər.

Bu dəfə “Baku United”in rəqibi “Lids” klubu olub. Oyunboyu böyük üstünlüyə malik olan “Baku United” çətinlik çəkmədən 16-0 hesabı ilə növbəti qələbəsini qazanıb. Beləliklə, “Baku United” İngiltərənin dörd ən yaxşı futzal klubları siyahısına daxil olub. Dörd komandanın çıxış edəcəyi “Qrand Final”da “Baku United”in rəqibləri “Şefild”, “Helvecia” və “London United” klubları olacaq.

Xəbər 806 dəfə oxundu.