Hakim oyunu idarə edən zaman ölüb
Ukraynalı hakim Aleksandr Qornostayev oyunu idarə edən zaman ölüb. Hadisə mayın 11-i Ukrayna Kubokunun oyununu idarə edən zaman baş verib.

45 yaşlı hakim oyunun bitməsinə 15 dəqiqə qalmış birdən-birə yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, hakimi həyata qaytarmaq mümkün olmayıb.

Qeyd edək ki, Qornostayev Çempionlar Liqası və UEFA Kubokunda dəfələrlə oyun idarə edib.

Xəbər 1017 dəfə oxundu.