“Simur” “İnter” üçün hazırlaşdı
Topaz Premyer Liqasının 31-ci turunda “İnter”i qonaq edəcək komandamız hazırlıqları tamamlayıb. Rəqiblərin 15-ci dueli ərəfəsində “Simurq”un heyətində ciddi bir itki yoxdu.

Cari mövsümdə doğma arenada keçirəcəyi son matçın məşqlərini bugün başa vuran Zaqatala təmsilçisi bir saatdan artıq davam edən çalışmalara əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb.

Daha sonra Georgi Çixradze yetirmələrinə meydanın mərkəzində qısa ötürmələrdən ibarət tapşırıq verib. Bundan sonra ikitərəfli futbol və qruplara bölünərək “kvadrat” oynanılıb. Hazırlığın sonunda qapıya zərbələr üzərində məşq edilib.

Xəbər 782 dəfə oxundu.