“Böyük Qafqaz” beynəlxalq turnirinə start verilir
Mayın 10-dan 15-dək ölkəmizdə “Grand Caucases” beynəlxalq velosiped turniri keçiriləcək. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan turnir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Yarışda Litva, Gürcüstan, İran və Azərbaycan komandaları iştirak edəcəklər. Turnir 1993-1994-cü il təvəllüdlü oğlanlar arasında keçiriləcək və hər komandanın tərkibi 6 idmançı, 2 məşqçidən ibarət olacaq.
Velomarafonun marşrutu aşağıdakı kimi olacaq:
10 may – Bakı – Şamaxı (traininq)
11 may – Şamaxı – İsmayıllı (traininq)
12 may – İsmayıllı – Qəbələ (80 km məsafədə ötüşmə)
13 may – Qəbələ kriterium (Qəbələ ətrafında 44 km məsafədə ötüşmə)
14 may – Qəbələ - Şəki (85 km məsafədə ötüşmə)
15 may – Şəki - Zaqatala (95 km məsafədə ötüşmə)

Xəbər 1946 dəfə oxundu.