Qəbələ yenə çempion oldu
“Qəbələ”nin U-11 və U-19 komandalarının ardından U-17 kollektivi də 2012-2013 mövsümünün qalibi adına yiyələnib. Dünən U-17 Liqasının 24-cü turu çərçivəsində səfərdə “Sumqayıt”la üz-üzə gələn qəbələlilər rəqibinə şans verməyib.

Rəqibini Əli Səmədov və Vəzir Musayevin qolları ilə 2:0 yenən Famil Xəlilovun yetirmələri xallarının sayını 63-ə, ikinci pillədə qərarlaşan “Neftçi” ilə xallarının fərqini isə 8-ə çatdırıb və çempionatın sonuna 2 tur qalmış çempionluğunu elan edib.

Qeyd edək ki, “Qəbələ” son iki turda “Gənclik” və “Xəzər-Lənkəran”la qarşılaşacaq.

Xəbər 840 dəfə oxundu.